banner
banner

Dünya

Brayton şəhərində dünyanın ilk şaquli kanat yolu quraşdırılıb

Brayton şəhərində dünyanın ilk şaquli kanat yolu quraşdırılıb
Birləşmiş Krallıqda “Londonun gözü” çarxının memarı olan Marks Barfield Architects şirkəti yeni layihə təqdim edib.
Şirkət tərəfindən Brayton şəhərinin sahilində dünyada ilk şaquli kanat yolu inşa olunub.
Birləşmiş Krallıqda şəhəri müşahidə etmək üçün tikilən ən hündür qüllə artıq British Airways i360 adlanan bina sayılır. Təxminən 162 metr hündürlüyü olan qüllənin şüşə vaqonu eyni zamanda 200 sərnişin daşıya biləcək. Tikintisi yenicə yekunlaşmış qüllənin aşağı hissəsində eyni anda 400 qonağı qəbul edə biləcək restoran fəaliyyət göstərəcək. British Airways şirkətinin maliyyə dəstəyi ilə tikilən qüllənin ilk sınağının bu ilin yayında keçirilməsi nəzərdə tutulur.
 
Qüllənin tikintisinə 2005-ci ildə başlanılıb, lakin iqtisadi böhrana görə 2008-cü ildə dayandırılıb. Tikinti işləri yenidən 2014-cü ildə bərpa olunub. Kanat yolu ilə axşamlar 20 dəqiqə, gündüzlər isə 30 dəqiqə sürəcək ekskursiya uşaqlar üçün 7.5 funt sterlinqə, böyüklər üçün isə 15 funt sterlinqə başa gələcək.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.