Dövlət Gömrük Komitəsi Azərbaycana idxal olunan texniki təyinatlı kartofun əhaliyə qida məhsulu kimi satılması barədə ittihamlara reaksiya verib.
Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində texniki təyinatlı və heyvandarlıqda yem kimi istifadə olunan kartof, buğda məhsullarının ölkəyə gətirilməsi və qida məhsulu kimi əhaliyə satılması barədə məlumatlar yayılır. Yayılan məlumatlarda o da vurğulanır ki, bu məhsullar qanunvericilikdə nəzərdə tutulan sertifikatlar və müvafiq sənədlər olmadan idxal olunur.
Dövlət Gömrük Komitəsi bildirir ki, səsləndirilən bu kimi fikirlərin heç bir əsası yoxdur. Belə ki, ölkəyə idxal olunan bütün ərzaq məhsulları qanunvericiliklə müəyyən edilən sertifikatlar və müvafiq mal müşayiət sənədləri ilə təmin olunur. Bu qəbildən olan malları gömrük sərhədindən keçirilmək istəyən fiziki və hüquqi şəxslər Kənd Təsərrüfatı Nazirliyinin idxal karantin icazə məktubunu, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını gömrük orqanına təqdim edir, daha sonra isə gömrük-sərhəd buraxılış məntəqəsində bitki karantin xidməti şöbəsinin əməkdaşları mallara vizual baxış keçirir. Onu da qeyd edək ki, gigiyenik sertifikat idxal olunması nəzərdə tutulan məhsullar labarator müayinədən keçirildikdən sonra verilir. Əks halda sənədləri qanunvericiliyin tələblərinə cavab verməyən istənilən mal ölkə ərazisinə buraxılmır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.