banner
banner

Gündəm

Milyarder Neftçalaya gəldi - “Bir nəfəri də işdən çıxarmayın...”

Milyarder Neftçalaya gəldi -
Rusiyada yaşayan nüfuzlu azərbaycanlı oliqarx, "İSR Holding" şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov bu gün gözlənilmədən Azərbaycanın Neftçala rayonuna səfər edib.
Virtualaz.org xəbər verir ki, milyarder Neftçalada onun holdinqinə məxsus olan "Azəryod" ASC-yə baş çəkib. Maraqlıdır ki, oliqarxın Neftçalaya səfəri haqda heç rayon icra hakimiyyətinin başçısının da xəbəri olmayıb. İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev səfərdən ancaq İ.Xəlilovun rayonu tərk etməsindən sonra xəbər tutub.
İ.Xəlilov yod zavodunun işçiləri ilə söhbət edib. Hazırda dünya bazarlarında yodun qiymətinin kəskin aşağı düşməsi nəticəsində müəssisə böhranlı günlərini yaşayır. İ.Xəlilov zavodun istehsal sahələrini də gəzib. Milyarder zavodun rəhbərliyinə göstəriş verib ki, mövcud mürəkkəb vəziyyətə baxmayaraq müəssisənin 250 işçisindən bir nəfəri də işdən azad etməsin.
 
"Azəryod" ASC texniki və kristallaşmış yod istehsal edir. Hazırda ildə 400 ton yod buraxır, bu isə ölkənin yoda tələbatından 25 dəfə çoxdur. Zavodun baş direktoru İ.Xəlilovun qohumu Rəşad Xəlilovdur. Son illər bu müəssisənin işə düşməsindən sonra Neftçalada yod istehsalı xeyli artıb. Azərbaycanda yod-bromlu su quyuları ancaq Neftçaladadır. Rayon ərazisində 110 belə quyu var, onlardan 77-i istismar olunur. İstehsal gücünə görə Neftçala yod zavodu MDB-də birinci, dünyada üçüncüdür.
 
2 il əvvəl dünya bazarında 1 ton yod 30 min ABŞ dollarından baha satılsa da, hazırda qiymət2-3 dəfə aşağı düşüb , istehsal olunmuş məhsulu satmaq problemi yaranıb(Musavat)
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.