Rusiyanın Ulyanov vilayətinin Karsun qəsəbəsində yerləşən texnikumun yataqxanasında özündən yaşca kiçik qızı tualetdə döyən tələbə qızlar Moskvada tutulub.
Rəfiqələr 16 yaşlı Oksana adlı qızı saçlarında bit olması səbəbindən amansızcasına döyüb.
Yanvarın 18-də baş verən olaydan sonra qızlar gizlənməyi üstün tutmuşdu. Hadisənin geniş rezonans doğurması polisin bu işə ciddi yanaşmasına səbəb olub. Qızlar barədə dərhal axtarış elan edilib. Başında pedikulyoza görə, Oksananı təhqirlərə məruz qoyan Svetlana və onun rəfiqələri Olqa.Q, İrina.K bu gün Moskvada saxlanılıb. Hazırda polis onları sorğu-sual edir. Faktla bağlı araşdırmalar davam edir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
İlkin məlumatlara görə, qızlar etdiyi hərəkətdən peşman olduğunu bildirərək üzr istəyiblər.
16 yaşlı Oksana adlı qızın amansızcasına döyülməsinə səbəb saçlarında bit olması iddiası olub. Oksana pedikulyoza görə, Svetlana və onun rəfiqələri Olqa.Q, İrina.K tərəfindən təhqirlərə məruz qalıb. Onlar qızı döyərkən ona qarşı alçaldıcı hərəkətlər ediblər. Yeniyetmələr Oksananı ayaqlarıyla vurduqdan sonra başını unitaza salmağa çalışıblar. Bütün bu alçalmalar şərh edərək mobil telefonun kamerasına qızların rəfiqəsi İlya.M çəkib. Qızın döyülmə anı sosial şəbəkələrdə yayıldıqdan sonra ictimai qınaq səbəbindən araşdırılmağa başlanıb. Polis hərəkətə keçərək hadisə iştirakçılarını tapıb və faktla bağlı araşdırma aparılıb.
Polis bu fakt üzrə cinayət işinə başlayıb. Zərər çəkmiş Oksananın daha əvvəl uşaq evində tərbiyə olunduğu bildirilir. Dostları onu mübahisəni sevməyən və sakit biri kimi xarakterizə edirlər.
Əsəbi zəif olanların və 18 yaşından kiçiklərin videoya baxması məsləhət görülmür
Bu cür hadisələr Rusiya təhsil müəssələrində və günlük həyatda adi hal alıb. Analoji hadisələr Rusiyada dəfələrlə baş verib. Keçən il Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində məktəbli qızın vəhşicəsinə döyülməsi faktı qeydə alınıb. Qızı döyənlər isə 11-ci sinif şagirdləri olan həmyaşıdları olub. Faktla bağlı Rusiya CM-in 112-ci maddəsi ilə (sağlamlığa qəsdən orta dərəcəli zərər vurma) cinayət işi qaldırılıb. Polisin araşdırması nəticəsində məlum olub ki, keçmiş sinif yoldaşları dalaşıblar və onlardan biri digərinin üzərinə zərbə vurub. Həkimlər döyülən qızın çənəsinin sındığını aşkarlayıblar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.