Müğənni Lətifə Soyuöz “Falan filan” adlı mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstənin söz və musiqisi Günel Sərdarqızına məxsusdur.
Ekran işindəki maraqlı məqamlardan biri L.Soyuözün bir çox müğənnilərin başına qoyduğu tacı ayağının altına qoyub, tapdalamasıdır. İfaçı bunun rejissorun ideyası olduğunu bildirib:
“Növbəti bahalı klipə imza atdım. Rejissor işi Anar Hüseynova məxsusdur. O, nə istədisə, hamısını etdim. Geyimlərim üzərində Renat Ramazanov çalışıb. Klipin hazırlıq prosesi 8 ay davam etdi. Klip kinokameraya çəkilib. Ekran işi üzərində 50 nəfərdən ibarət heyət çalışıb”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.