Ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakının Xətai rayonu 64 nömrəli məktəbdə müəllimə işləyən Xuraman Quliyevanın döyülməsi ilə bağlı xəbərlər yayılıb. Məlumatlara təhsil müəssisəsindən aydınlıq gətirilib.
64 nömrəli məktəbin direktoru Rəfael Mehdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, məktəbin müəllimi Xuraman Quliyevanın naməlum şəxs tərəfindən döyülməsi xəbəri həqiqəti əks etdirmir: "Xuraman müəllimə ilə məktəbin 9-cu sinif şagirdi Badamxanım Hacıyeva arasında mübahisə olub. Şagirdlə müəllim arasında baş verən anlaşılmazlığı araşdırmağa gələn Badamxanımın anası ilə Xuraman müəllimə arasında da mübahisə yaranıb və onlar bir-birini itələyiblər. Daha sonra müəllimə Xətai Rayon Polis İdarəsinə həmin valideynin hərəkətlərindən şikayət edib. Hazırda polis əməkdaşları hadisəni araşdırır".
Direktor həmçinin valideynin hadisədən sonra məktəbə gələrək baş verən hadisələrə görə Xuramam Quliyevadan üzr istədiyini də əlavə etdi.
Adı qalmaqalda hallanan müəllimə təhsil müəssisəsində ingilis dili ixtisasını tədris edir.
Ötən gün bəzi KİV-də bir neçə gün əvvəl Bakının Xətai rayonu 64 nömrəli məktəbdə müəllimə işləyən Xuraman Quliyevanın naməlum şəxs tərəfindən döyüldüyü barədə məlumat yayılıb. Məlumata görə, kimliyi bəlli olmayan adam məktəbə daxil olub və müəlliməni döyüb. Yaranmış səs-küyə çıxan müəllimləri görən cinayətkar hadisə yerindən qaçıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.