Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birdir.
Cia.az “U.S. News and World Report” nəşrinin hazırladığı hesabata istinadən bildirir ki, umumilikdə, reytinqdə 60 ölkə yer alıb. Azərbaycan ümumi sıralamada 38-cidir.
Ermənistan ordusu siyahıda ümumiyyətlə yer almayıb.
Yeri gəlmişkən, Silahlı Qüvvələrin reytinqi Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi Davos Beynəlxalq İqtisadiyyat Forumunda təqdim olunub.
Reytinqdə ilk üç pilləni müvafiq olaraq ABŞ, Rusiya və Çin tutur. Onları isə Almaniya və Böyük Britaniya izləyir.
Azərbaycan öz növbəsində siyahıda 38-ci pilləni tutmaqla, Macarıstan, Rumıniya, Çexiya, Malayziya, Argentina və digər ölkələri qabaqlayıb.
Ümumilikdə, MDB ölkələrindən reytinqdə Rusiya (2), Ukrayna (29) və Qazaxıstan (31) yer alıb. Qonşu ölkələrindən İran 12-ci, Türkiyə isə 17-ci yerdədir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.