banner
banner

Sosİal

Abel Məhərrəmov tələbələrlə görüşdü

Abel Məhərrəmov tələbələrlə görüşdü

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov dekanların və struktur rəhbərlərinin iştirakı ilə I-IV kurs tələbələrinin sinif nümayəndələri ilə böyük akt zalında görüşüb.

Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, 2015-ci ilin iyun ayında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi səbəbilə bütün təhsil müəssisələrində tədris prosesinin və imtahan sessiyasının 2015-ci il may ayının 31-də başa çatdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubunu tələbələrin diqqətinə çatdırıb. Məktuba əsasən rektor dərslərin 26.12.2014-cü il tarixində bitməsi, qış imtahan sessiyasının 3 həftə davam etməsi və qış tətilinin 1 həftə olması barədə qrafiklə tələbələri məlumatlandırıb.

BDU-da imtahan qrafikinin sıxlığını və tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq rektor imtahan suallarının qismən azaldılması, imtahanlar arasında günlərin sayının normativə uyğun müəyyən edilməsi üçün əlavə olaraq həftənin 6-cı günü də imtahanlar salınması, tələbələrin ərizələri əsasında dekabrın 25-27-də sessiyadan əvvəl başa çatmış fənlər üzrə imtahanların keçirilməsi, davamedici olmayan fənlər üzrə alt qrupda imtahanlar növbəti semestrin birinci həftəsində keçirilə biləcəyi barədə məlumatı , kafedralar üzrə məsləhət saatları təşkil olunması, həmçinin yeni tələblərə uyğun tərtib edilmiş imtahan suallarının tələbələrə vaxtında paylanması haqqında göstərişlər verib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.