Müğənni Cennifer Lopez dünən Las-Veqasda "All I Have" adlı konsert verib. Səhnədə bir neçə obrazda görünən ifaçı konsertdən sonra partiyə qatılıb. O, gecədə rəqqas sevgilisi Kasper Smartla birgə görünüb. Bu yaxınlarda plastik əməliyyat etdiyi deyilən 46 yaşlı Cey Lonun K.Smartla münasibətlərinin rəsmiləşdirilməsi də gözlənilir. Kasperin bütün evlilik təkliflərini qəbul edən pop ulduz ondan düşünmək üçün zaman istəyib.
Qeyd edək ki. bu Cennifer Lopezin dördüncü evliliyi olacaq. O, 1997-98-ci illərdə kubalı Ojani Noayla, 2001-02-ci illərdə rəqqas Kris Cuddla evli olub. İkinci boşanmasından sonra müğənni aktyor Ben Affleklə sevgili olub. 2002-ci ildə nişanlanan cütlüyü media "Bennifer" adlandırırdı. 2003-cü ilin sentyabrında toylarından bir gün əvvəl isə mərasimi təxirə salıblar. 2004-cü ildə dostu, müğənni Mark Entoni ilə sevgili olan Cey Lo həmin ilin iyununda ailə qurub. Əkiz uşaqları olan cütlük 2012-də boşanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.