Dekabrın 9-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib.
CİA.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov toplantını açaraq “Müdafiə islahatları” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi ilə bağlı fikir və mülahizələrini bildirib.
Görüşdə “Uzadılmış münaqişə və regional təhlükəsizlik” mövzusunda məruzə ilə çıxış edən polkovnik-leytenant Murad Zeynalov regionda təhlükəsiz mühitin formalaşdırılmasını təhdid edən amilləri və münaqişənin həlli yollarını qonaqların diqqətinə çatdırıb.
Toplantının sonunda hərbi attaşeləri maraqlandıran suallara aydınlıq gətirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.