banner
banner

Gündəm

Azərbaycan "Formula 1" üçün 150 milyon ödəyəcək

Azərbaycan "Formula 1" üçün 150 milyon ödəyəcək
Azərbaycanın “Formula 1” yarışlarının keçirmək üçün ödəyəcəyi məbləğ açıqlanıb.
Ölkə ümumilikdə 150 milyon ABŞ dolları ödəməlidir. Bu barədə "Autoweek" saytı məlumat yayıb. İtaliya avtomobil klubunun başçısı Stiççi Damiani Azərbaycanın "Formula 1" rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu məbləğin 50 milyonu 2016, 50 milyonu 2017, digər 50 milyonu isə 2018-ci ildə baş tutacaq Qran-Pri-yə görədir.
 
 

Berni Ekklstoun- "Formula 1" yarışlarının rəhbəri
 
 
Damiani həmçinin B. Ekklstounun İtaliyada keçiriləcək Qran-Pri-yə görə həmin ölkədən istədiyi məbləği də açıqlayıb. Avtomobil klubunun rəhbəri bildirib ki, "Formula 1" rəhbəri İtaliyanın bu yarışlara ev sahibliyi edə bilməsi üçün ölkə müvafiq olaraq hər il 28 milyon dollar ödəməlidir. Ancaq italyanlar hər il üçün yalnız 20 milyon dollar ödəməyə hazırdır. Onlar əlavə 8 milyon dollar ödəməyə razı deyillər.
 
Gənclər və idman naziri Azad Rəhimov da bu yaxınlarda mətbuata açıqlamasında Ekklstounla müqavilənin imzalandığını bildirmişdi.
 
Ümumilikdə isə Azərbaycan Avropa Qran Prisinin Bakıda keçirilməsinə görə 10 il ərzində ödəniş etməlidir.
 
 





Bakıda keçiriləcək “Formula-1” yarışlarının xəritəsi 
 
Bir müddət əvvəl "Reuters" agentliyi Avropa öləkəlrinin bu yarışlara digər ölkələrdən fərqli olaraq bu yarışların keçirilməsinə daha az məbləğ xərclədiyini yazıb. Agentliyinin məlumatına görə Bəhreynvə Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr hər il bu yarışlara 40 milyon dollardan çox pul ödəyirlər.
 
Azərbaycanın 2016-cı ildə “Formula 1 Avropa Qrand pri” yarışına ev sahibliyi etməsi haqqında müqavilə ötən il iyul ayında imzalanıb. "F-1"lə bağlı çıxış edən gəcnlər və idman naziri Azad Rəhimov start meydançası, əsas tribuna və pit-stop nöqtəsi olaraq Bakının Azadlıq meydanının seçiləcəyini, yarışların isə Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi şəhərimizin əsas mərkəzi hissələrindən keçəcəyini bildirib.
 
Ötən ilin iyul ayının 11-də isə Meksikada Dünya Avtomobil İdman Şurasının iclasında “Formula 1” yarışlarınınn 2016-cı il üzrə cədvəli təsdiq edilib.
 
Yarışlar Bakıda 17-19 iyun tarixləri arasında baş tutacaq.
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.