banner
banner

Gündəm

Korrupsiyalaşmaya görə Azərbaycan 129-cu yerdədir

Korrupsiyalaşmaya görə Azərbaycan 129-cu yerdədir

Transparency International təşkilatı Azərbaycan milli bölməsi 2015-ci il “Korrupsiyanı qavrama indeksi”ni (KQİ) təqdim edib.

Ötən illə müqayisədə Azərbaycan öz göstəricilərini bir neçə dəfə yaxşılaşdırıb. Ölkə 29 bal toplayaraq 168 ölkənin olduğu siyahıda 119-cu yeri alıb. Ötən il Azərbaycan 175 ölkənin arasında 126-cı olub.

Araşdırmalar 20-ci dəfədir ki aparılır və dövlət sektorunda korrupsiyanın yayılma dərəcəsini müəyyən edir. İndeks 100 bal (çox yaxşı) - 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Odur ki, Azərbaycanın göstəricisi orta səviyyədən çox aşağıdır.

İlk üç yeri Danimarka, Finlandiya və İsveç tutur.

Sonuncu yerlərdə Somali, Şimali Koreya, Əfqanıstan gəlir.

Keçmiş SSRİ ölkələri arasında göstəricilər belədir: Estoniya – 23-cü yer, Litva (32), Latviya (40), Gürcüstan (48). Ən pis durum Türkmənistandadır (154). Özbəkistan 153, Tacikistan 136, Ukrayna isə 130-cu yerdədir.

Transparency International Azərbaycan bölməsi qeyd edir ki, demək olar ki, 2014-cü ilin göstəriciləri saxlanılıb. Müsbət effekti yalnız bir vahid pəncərə sistemi göstərib – ASAN xidmət.

Lakin Freedom House-a görə, tranzaksiya dövründə olan ölkələr sırasında Azərbaycanın mövqeyi geriləyib. Burada da neftin qiymətinin enməsi ilə əlaqədar iqtisadi göstəricilərin enməsi, manatın devalvasiyasının düzgün idarə olunmaması, bank sektorunun şəffaf olmaması göstərilib ki, bu da əhalinin rifahına ziyan vurub.

İqtisadi Araşdırmalar Mərkəzinin təsisçisi Qubad İbadoğlunun sözlərinə görə, “Korrupsiya qavrama indeksi”ndə ölkənin mövqeyində tərpənişin olmaması mənfi tendensiyanı əks etdirir. “Keçirilən sorğular göstərir ki, yerli əhalinin təxminən 85%-i hesab edir ki, məhz korrupsiya inkişaf yolunda əngəldir. Respondentlərin 80%-dən çoxu BMT Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasının 20-ci maddəsinin - “Qanunsuz varlanma” maddəsinin ratifikasiyasına tərəfdardır. Bu, məmur daşınmaz əmlaka xərclədiyi vəsaitin mənbəyini açıqlaya bilmədiyi halda cinayət cəzasını nəzərdə tutur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.