Göyçay rayonu M.Ə.Rəsulzadə küçəsi, döngə 2, ev 5-də yaşayan Hüseynov Süleyman Abdul oğlu “Qafqazinfo”ya şikayət məktubu göndərib. O Göyçay Rayon Xüsusi Notariusu vəzifəsində çalışan Polad Nəcəflinin ailəsinə qarşı göstərdiyi qanunsuzluqdan narazıdır.
Məktubda bildirilir ki, həmin şəxsin sayəsində ailəsi Ünvanlı Sosial yardım ala bilməyib:”Belə ki mərhum qayınatamın avtomobilini idarə etmək üçün mənə verdiyi etibarnaməni ərizəm əsasında Göyçay Rayon Notariusu Polad Nəcəfli mayın 8-də 2014-cü il tarixdə ləğv etsə də , qanunda göstərilən qaydada bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi olaraq məlumat vermədiyi üçün Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ailəmə Ünvanlı Sosial Yardım verməyib: Əsas kimi göstərilib ki, adınıza avtomobil idarə etmək üçün etibarnamə var və ləğv edilməyib.
Bununla əlaqədar Baş Dövlət Yol Polis İdarəsindən ərizələrimə cavab olaraq göndərilən məktublarda qeyd edilib ki, Göyçay Rayon Notariusu Polad Nəcəfli tərəfindən həmin etibarnamənin ləğv edilməsi barədə bizə müvafiq məlumat daxil olmayıb. Buna görə Göyçay Rayon Xüsusi Notariusu Polad Nəcəflinin qəbulunda olanda mənə qarşı çox kobudluq etdi. Nəticədə 6 nəfərlik ailəmə düşəcək sosial yardımdan mərhum olduq və bunun üçün yoxsulluq həddindəyik. Əgər bizə yardım edilməsə,dekabrın 15-dən ailəmlə birgə aclıq aksiyasına başlayacağıq. Onsuz da yoxsulluq həddində yaşayırıq. Mətbuat vasitəsi ilə Notariat baş idarəsinin rəisi İlqar Məmmədova müraciət edərək bu şəxsin əməllərinin araşdırılmasını xahiş edirəm”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.