Müğənni Sezen Aksu oğlu Mithat Cana jest edib. Sənətçi oğlunun çəkildiyi “Her şey aşktan” filmi üçün 3 mahnı yazıb. İki gün sonra nümayiş olunacaq filmin heyətində Mithat Canla yanaşı, Hande Doğandemir, Şükrü Özyıldız, Hakan Meriçliler və Öznur Serçeler yer alıblar. Sezen Aksu filmə 3 mahnı hədiyyə etməklə həm oğluna dəstək olub, həm də prodüser şirkətini mahnılar üçün pul ödəməkdən “xilas edib”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.