“O kimlə yatırsa, onu axtarıb tapın…” - Hafiz Hacıyev
“Bu adamlar arxalarında duranlara arxayındırlar. Aygünün bu cür hazırlamasının səbəbkarı məmurlardır”.
Cia.az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev musavat.com-a açıqlamasında deyib. Sosial şəbəkədə xalq artisti Aygün Kazımovanın təhqir səsləndirməsinə reaksiya verən partiya sədri deyib ki, o müğənni özünün məmur “dostlarına” arxayın olub belə danışır: “Artıq insanları təhqir edirlər. Onun ixtiyarı yoxdur ki, sadə vətəndaşı təhqir etsin. Aygünü kim “saxlayır”, kim arxasında durursa, jurnalistlər onu axtarıb tapmalıdır və ona deməlidir ki, Aygünün ipini yığsın. Üzr istəyirəm, o, kimlə yatırsa, onu axtarıb tapın. Deyin ki, sevgilini ayağına bağla. Aygünün adını çəkməyə dəyməz, onun adını çəkəndə utanıram. Xahiş edirəm ki, onun hərəkətini ictimaiyyətin müzakirəsinə verin”.
Qeyd edək ki, son zamanlar sənət adamlarının “İnstagram” səhifələrində onları tənqid edən insanları təhqir etməsi adət halını alıb. İlin əvvəlində müğənni Xatirə İslam sosial şəbəkədə onu tənqid edənləri “tupoy”, “qaraçı” adlandırmışdı. Sənətçinin bu addımı xalqı təhqir kimi qiymətləndirilmişdi.
Ötən gün isə xalq artisti Aygün Kazımova doğum günü məclisində geyindiyi qısa libasa görə tənqid olunub. Xalq artisti iradlara təhqirlə cavab verib və “Hər birinizin mənfi rəyi mənim belə bir yerimə, bədbəxtlər” şərhini yazıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.