banner
banner

Hərbİ

Qarabağ ermənilərində müharibə təşvişi - Zirzəmilər hazır vəziyyətə gətirildi

Qarabağ ermənilərində müharibə təşvişi -
Azərbaycan işğal altındakı Qarabağ torpaqlarında hərbi əməliyyatların yenidən başlanması təhlükəsi ermənilərin təşvişinə səbəb olub.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı separatçı rejimin “şəhərsalma naziri” Karen Şahramanyan erməni jurnalistlər qarşısında çıxış edərək, yeni müharibənin başlayacağı təqdirdə bütün yeraltı anbarlardan və zirzəmilərdən isitfadə olunacağını deyib.
“Müharibənin yenidən başlayacağı təqdirdə əhalinin təhlükəsizliyini təmin etmək üçün mexanizm hazırlanıb. Qarabağda bütün yaşayış sahələrinin zirzəmiləri lazmi şəraitə uyğunlaşdırılıb. Hərbi əməliyyatlar başlayarsa, iş adamlarına icarəyə verilən zirzəmilər onlardan alınaraq əhalinin yerləşdirilməsi üçün istifadə olunacaq”.
 
Şahramanyan nümunə olaraq Xankəndi xəstəxanasının həyətində tikilən və 200-ə qədər insanı gizlədə bilən bunkeri misal gətirib.
 
Onun fikrincə, müharibə şəraitində əhalinin evakuasiya üçün də müəyyən planlar işlənib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.