banner
banner

Sosİal

"Regionlarda çox ciddi iş aparılmalıdır" - PA rəsmisi

"Regionlarda çox ciddi iş aparılmalıdır"

"Azərbaycan regionlarında gənclərimizin zərərli vərdişlərdən yayınması və erkən nikahların qarşısının alınması istiqamətində çox ciddi şəkildə iş aparılmalıdır".

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bu gün "Sağlam gənclik, sağlam gələcək" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, regionlarda valideynlər gənc qızları ailə qurmağa vadar edirlər. Bu baxımdan, onlar arasında fiziki və mənəvi sağlamlıqla bağlı təbliğat işləri aparılmalıdır.

Gənclərin sağlamlıq məsələlərinə xüsusi önəm verilməsini vacib sayan V.Quliyev deyib ki, gənclər təşkilatları və özəl şirkətlər birlikdə gənclərin sağlamlıqlarının qorunması istiqamətində ciddi nailiyyətlər əldə etməyə çalışmalıdırlar: "Bu, mənim müşahidələrimin nəticəsidir. Bu gün ölkəmizdə aparılan sağlamlıqla bağlı tədbirlərin əksəriyyətinin müəllifi məhz gənclər təşkilatlarıdır. Flaş-moblar, aksiyalar, maarifləndirmə tədbirlərinin gənclər təşkilatları tərəfindən keçirilməsi üstünlük təşkil edir. Bu məsələlərdə Gənclər və İdman Nazirliyinin, Prezident yanında Gənclər Fondunun, QHT-lərə Dövlət Dəstəyi Şurasının da böyük rolu var. Çünki maliyyə dəstəyi olmadan bunları reallaşdıra bilməzlər".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.