banner
banner

Gündəm

Qırmızı işıqdan keçən polis işdən çıxarılıb

Qırmızı işıqdan keçən polis işdən çıxarılıb

Ötən il dekabrın 18-də Bakının Mikayıl Müşviq küçəsində 99-YP-362 qeydiyyat nişanlı "BMW" markalı YPX avtomobilinin sürücüsü yolayrıcındakı svetoforun qırmızı işığına məhəl qoymayaraq hərəkətini davam etdirib.

Cia.az avtosfer.az-a istinadən xəbər verir ki, bu faktı videolentə alan vətəndaşlardan biri Bakı şəhər Dövlət Yol Polisinə müraciət edib. Vətəndaş öz müraciətindən tam haqlı olaraq bildirib ki, «Yol hərəkəti haqqında» qanunun 48-ci maddəsinin 1-ci hissəsində və 74-cü maddəsinin 2 ci hissəsində göstərilib ki, "Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər".

Vətəndaş öz müraciətində DYP rəhbərliyindən xahiş edib ki, «mənə cavab məktubunda həmin YPX avtomobilinin sürücüsünün hansısa xidməti vəzifəsini yerinə yetirməsi üçün və yaxud tağım komandirinin hansısa göstərişinə görə qırmızı işıqda keçdiyini yazmayasınız. Çünki «Yol Patrul Xidməti Haqqında Təlimat»ın 7.43 cü bəndində göstərilib ki, «Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulması vəziyyəti yarandığı halda YPX inspektoru bu barədə digər hərəkət iştirakçılarını məlumatlandırmaqla qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə etməlidir».

Vətəndaşın müraciətinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov şəxsən özü cavab verib. Rəis cavab məktubunda qeyd edib ki, vətəndaşın göstərdiyi tarixdə 99 YP 362 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən yol polisi əməkdaşı Ə.Süleymanlı daxili işlər orqanlarında xidmətdən xaric edilib.

 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.