banner
banner

Sosİal

Hacıbala Abutalıbov Şaxta babalar axtarır

Hacıbala Abutalıbov Şaxta babalar axtarır

Bakı şəhərinin meydanlarında və əhalinin gur olduğu yerlərdə Şaxta babalar dekabrın 20-dən sonra fəaliyyətə başlayacaq.

Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib.

Ə.Bağırovun sözlərinə görə, hələlik Ticarət və Xidmət Departamentinə Şaxta Baba fəaliyyəti üçün icazə almaq istəyənlərdən hər hansı müraciət daxil olmayıb: «Əvvəlki illərdə dekabrın əvvəllərində müraciətlər olurdu. Bu il isə bir qədər gecikir və ümid edirik ki, yaxın bir həftə-on gün ərzində müraciətlər olacaq. Əvvəlki illərin təcrübəsi göstərir ki, müraciətlər əsasən əhalinin gur olduğu ərazilərdə fəaliyyətlə bağlı olur».

Ə.Bağırov xatırladıb ki, Bakı şəhər Ticarət və Xidmət Departamenti Dənizkənarı Bulvar istisna olmaqla, şəhərin digər ərazilərində Şaxta Baba fəaliyyətinə icazə verir.

İdarə sözçüsü Şaxta Baba olmaq istəyənlərə hər hansı şərtlərin qoyulmadığını bildirib: «Onlar sərbəstdirlər. İstədikləri Şaxta Baba geyimini geyinə bilərlər. Amma onlara verilən yerdə bu xidməti göstərməli, başqaları üçün təyin olunan yerə girməməlidirlər».

Ə. Bağırov bu il Şaxta Baba olmaq istəyənlər üçün icazənin qiymətinin artırılmasının nəzərdə tutulmadığını bildirib. Xatırladaq ki, ötən illərdə icazənin qiyməti 60 manat, fəaliyyət müddəti isə yanvarın 13-dək təşkil edib. İcazə alan Şaxta Baba yanında Qar Qızı da saxlaya bilər.

Qeyd edək ki, ötən Yeni İl ərəfəsində Bakı şəhər Ticarət və Xidmət Departamentindən 30 Şaxta Baba icazə alıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.