banner
banner

Dünya

Türkiyədə turizm ən çətin dövrünü yaşayır: 1300 otel satışa çıxarıldı

Türkiyədə turizm ən çətin dövrünü yaşayır:
Ölkənin turizm sənayesi tarixinin ən çətin dövrünü yaşayır
 
Türkiyədə turizm sənayesində olan problemlərə görə 1300-dən çox mehmanxana satışa çıxarılıb.
 
Oxu.Az-ın Zaman qəzetinə istinadən məlumatına görə, iqtisadiyyatda müşahidə olunan böhran, turistlərin azalması və terror təhlükəsinin artması ölkənin turizm sənayesinə çox mənfi təsir göstərib.
 
Nəşr qeyd edir ki, Türkiyənin turizm sahəsi tarixinin ən çətin dövrünü yaşayır.
 
Böhrana həmçinin, Rusiyanın Türkiyəyə qarşı qəbul etdiyi sanksiyalar da təsir göstərib.
 
Nəticədə Egey və Aralıq dənizi sahillərində 1300-dən çox otel satışa çıxarılıb. Antalyada yerləşən və əsasən Rusiya turist bazarına yönələn bir çox otellər müflisləşmənin bir addımlığındadırlar. Nəşrin məlumatına görə, burada 400-dən çox mehmanxana satılır.
 
Türkiyədə satışa çıxarılan otellərin ümumi qiyməti 30 milyard lirəyə çatır (10 milyard dollar). 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.