Bir neçə həftə əvvəl "Sony" şirkətinin ABŞ-dakı ofislərinə edilən haker hücumu nəticəsində hələ təqdim olunmamış 5 Hollivud filmi internetdə yayımlanmışdı.
Axşam.az-ın Türkiyə mediasına istnadən verdiyi məlumata görə, bu dəfə kiberhücum nəticəsində aktyor Bred Pit və aktrisa Culia Robertsə aid olduğu söylənilən mobil telefon nömrələri yayılıb.
"İnternet quldurları" aktyorlar Daniel Kreiq, Natali Portman, Tobey Maquri, Sarah Mişel Gellar və digər məşhurların otellərdə istifadə etdiyi "ikinci ad"ları da internetə "sızdırıblar".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.