banner
banner

Dünya

Kerri Sinirlioğluna yumruq vurdu - Foto

Kerri Sinirlioğluna yumruq vurdu -
İŞİD-ə qarşı mübarizədə xeyli irəliləyiş əldə etdik. İraqda İŞİD-in nəzarətində olan torpaqların 40, Suriyada isə 20 faizini onlardan geri almağı bacardıq.
Bu sözləri İtaliya Xarici İşlər naziri Paulo Centiloni Romada İŞİD-ə qarşı mübarizə yollarını müzakirə etmək üçün təşkil edilən konfransda deyib.
Konfransda 23 ölkənin xarici işlər nazirləri və Avropa Birliyinin nümayəndələri iştirak ediblər.
Konfransda iştirak edən ABŞ Dövlət katibi Con Kerri və Türkiyə Xarici İşlər nazirinin müşaviri Firudin Sinirlioğlu arasında olan səmimiyyət də diqqət çəkib.
 
Belə ki, Con Kerri Sinirlioğlunun üzünə yavaş yumruq vurma jesti ilə salamlayıb. Daha sonra onun qolundan tutaraq söhbət edib.
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.