Ötən il oktyabrın 17-də baş verən “MTN inqilabı”ndan sonra bəzi iri ranqlı məmurların vəzifələrindən azad olunacağı deyilirdi. Belə şəxslərdən biri də prezidentin iqtisadi əlaqələr üzrə köməkçisi Əli Əsədov idi.
Mətbuatda zaman-zaman onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrinin olması barədə yazılar dərc olunub. Hətta onların Bakının 20-ci sahə massivində yerləşən “Narşərab” restoranında “MTN inqilabı” baş verənə qədər tez-tez görüşdükləri deyilirdi. Ötən həftə prezidentin Natiq Əmirovu iqtisadi islahatlar üzrə köməkçi təyin etməsi Ə.Əsədov mövzusunu aktuallaşdırdı. Onun işdən azad ediləcəyi deyilsə də, bu barədə rəsmi qərar hələ ki yoxdur. Onunla bağlı müəmma davam edir. Ə.Əsədovu iqtidar üçün vazkeçilməz edən səbəblər müəmmalıdır.
Politoloq Qabil Hüseynli hesab edir ki, hakimiyyət kadr islahatlarında ehtiyatlı hərəkət edir: “İqtidar nə qədər kadr islahatlarında ehtiyatlı davransa da, artıq bu proseslərə start verib. Bu islahatların müəyyən mərhələsində lazım olmayan kadrlarla iqtidar vidalaşacaq. Onları yeni gənc kadrlarla əvəz edəcək. Ona görə də bu gün Əli Əsədov barəsində qəti fikir bildirmək çətindir. Çünki hər şey ölkə prezidentinin iradəsindən asılıdır. Açığı, hakimiyyət üçün onun vacib kadr olduğunu hesab etmirəm. Ümumiyyətlə, hakimiyyət komandasında kadrları vacib, yaxud vacib olmamaqdan daha çox, səriştəli və səriştəsizliyinə, vətənpərvərliyinə görə qiymətləndirmək lazımdır. Müstəqil dövlətin bir vətəndaşı kimi konstitusiyaya, ona ayrılmış hüquqları necə vicdanla yerinə yetirməyə önəm vermək vacibdir”.
Politoloq Ərəstun Oruclu bu sualın cavabını başqa amillərdə axtarmağın vacib olduğunu qeyd etdi: “Bu sualın cavabı ondadır ki, ”MTN işi"nin baş fiquru olan Eldar Mahmudov indiyə qədər niyə həbs olunmayıb? Əgər o, həbs olunmayıbsa, onun istintaqa cəlb olunması barədə məlumat yoxdursa, “MTN işi”ndə gedən istintaq barədə ictimaiyyət məlumatlandırılmırsa, o zaman sual olunur ki, Əli Əsədov niyə vəzifəsindən azad olunmalıdır, yaxud həbsə alınmalıdır? Onun barəsində yazılanlar, yaxud deyilənlər, sadəcə, ehtimallardır. Əsədovun vəzifəsindən çıxarılmalı olduğunu deyə bilmərəm. Çünki bu barədə hansı əsasların olduğunu bilmirəm".
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.