Türkiyənin Star telekanalında yayımlanan, baş rollarında Serenay Sarıkaya və Çağatay Ulusoy oynayan "Medcezir" serialının bu həftəki seriyasında gözlənilməz qonaq olacaq.
Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, əvvəl də serialda bir seriya çəkilən model Gizem Güler "Sibel" rolunda yenidən görünəcək.
"Medcezir"in ikinci mövsümün açılışındakı qısa səhnəsindən sonra populyarlığını "Bu tarz benim" verilişiylə artıran model serialın aktyor heyətinə yenidən qatılıb.
Gizemin seriala dönüşünün nə qədər davam edəcəyi isə hələ bəlli deyil.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.