banner
banner

Sağlamlıq

Bu qidalar təhlükəli xəstəliyin riskini azaldır

Bu qidalar təhlükəli xəstəliyin riskini azaldır
Altsheymer xəstəliyi - baş beyinin, əsasən gicgah və parental payın, atrofiyası nəticəsində yaranan qocalıq kəmağıllığının bir növüdür.
 
Saglamolun.az bildirir ki,  bu ağır xəstəliyin müalicəsi yoxdur. Xəstəliyin gecikmiş mərhələlərində xəstə ətrafdakıları tanımır, hətta öz adını və kim olduğunu unudur, elementar bacarıqları (yemək yemək, paltar geyinmək və s.) itirir.
 
Raşa Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, balıq və dəniz məhsullarının (krevet, kalmar, dəniz yosunları və s.) qəbulu bu ağır xəstəliyin inkişafı riskini xeyli azaldır. Alimlər həmçinin qeyd edirlər ki, balıq yağı prepartalarının qəbulu bu riski azaltmır.
 
MedicalDaily xəbər verir ki, alimlər 2004-2013-cü illərdə dünyasını dəyişmiş yaşlı insanların beyin toxumalarını analiz ediblər. Analiz göstərib ki, həftədə heç olmasa 1 dəfə balıq və dəniz məhsullarını yeyən insanların bu məhsulları yeməyən insanlarla müqayisədə beyin toxumasında Altsheymer xəstəliyinə işarə edən dəyişikliklərə daha az rast gəlinirdi.
 
Alimlər belə hesab edirlər ki, Altsheymer xəstəliyinin riskini azaltmaq üçün insan həftədə ən azı 2 dəfə balıq və dəniz məhsullarını yeməlidir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.