banner
banner

Dünya

Con Kerri: “Dəməşqdəki rejim münaqişəni hərbi yolla həll etməyə çalışır”

Con Kerri: “Dəməşqdəki rejim münaqişəni hərbi yolla həll etməyə çalışır”
Suriya ordusunun Hələb şəhəri istiqamətində hücuma keçməsi rəsmi Dəməşqin münaqişəni hərbi yolla həll etməyə cəhd etdiyini nümayiş etdirir.
APA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibinin bəyanatında deyilir.  
“Suriya ordusunun Rusiya aviasiyasının dəstəyi ilə müxalifət qüvvələrinin nəzarəti altında olan bölgələrə, yüz minlərlə dinc sakinlərin yaşadığı yaşayış məntəqələrinə hücumları rejimin münaqişəni siyasi vasitələrlə yox,  hərbi yolla həll etməyə cəhd etdiyini göstərir”, bəyanatda deyilir.
 
Con Kerri rəsmi Dəməşqdən və onun tərəfdarlarından hava zərbələrinə son qoymağa çağırıb, fevralın sonunda sülh danışıqlarının bərpa edəcəyinə ümid bəsləyib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.