banner
banner

Şou

İlhamə Quliyeva yenə hədələdi

İlhamə Quliyeva yenə hədələdi

“Adını çəkdiyiniz deputatın açıqlaması mənim üçün heç bir əhəmiyyət daşımır”.

Cia.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Xalq artisti İlhamə Quliyeva Milli Məclisin deputatı Çingiz Qənizdənin “İlhamə Quliyeva ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edəcəyəm” sözlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, köməkçisi ilə arasında olan məsələlərə hüquqi nöqteyi-nəzərdən prokurorluq orqanları qərar verəcək: “Azərbayan güclü dövlətdir və onun öz qanunları var. Hüquq-mühafizə orqanları saat kimi çalışır və özləri də bu məsələni həll etməyə qadirdirlər. Heç kəsin kənardan bu işə müdaxilə etməsinə haqqı yoxdur. Çünki sübutlar, dəlillər dəqiq və həddindən artıq çoxdur”.

İ.Quliyeva bildirib ki, M.Hüseynova etdiyi cinayətə görə həbs olunub və o, azadlığa çıxa bilməyəcək: “Hər şeyin üstü açılacaq. Onun-bunun deməyi ilə deyil ki... O, ev üzü görməyəcək. Günahı varsa cəzasını çəkməlidir”.

Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva ilə köməkçisi Mehriban Hüseynova arasında gedən məhkəmə prosesinə Milli Məclisin deputatı Cingiz Qənizadə də münasibət bildirib. Deputat ortada çox ciddi faktların olduğunu deyib. Həmçinin o, Mehriban Hüseynovanın saxlanılmasının tələsik qəbul edilmiş bir qərar hesab edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.