Rusiyalı model İrina Şeyklə britaniyalı aktyor sevgilisi Bredli Kuper ayrılıq xəbərlərindən sonra yenidən bir yerdə görülüblər. 41 yaşlı aktyorla 30 yaşlı model Nyu-Yorkda məkanların birindən çıxarkən obyektivlərə tuş gəlib. Cütlüyün yanında aktyor Con Hill də olub.
Xatırladaq ki, bir qədər əvvəl İrina ilə Bredlinin aktyorun anasının modeli istəməməsi səbəbindən ayrıldıqları haqda məlumatlar yayılmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.