Aktrisa yeni görünüşü ilə təəccübləndirdi - FOTOLAR
Tanınmış aktrisa Yeşim Ceren Bozoğlu yenidən kökəlib. Cia.az “Hürriyet”ə istinadən xəbər verir ki, sonuncu dəfə “O hayat benim” serialında yer alan aktrisa canlandırdığı Nurdan obrazı üçün 30 kiloqram kökəlmişdi. Lakin serialdan ayrıldıqdan qısa müddət sonra sürətlə arıqlayaraq, əvvəlki bədən quruluşuna qayıtmışdı. Yeşimin sonuncu görünüşü isə fanatlarını təəccübləndirib.
Belə ki, kafelərin birindən çıxarkən görüntülənən Y.C.Bozoğlu köklüyü ilə diqqət çəkib. Xatırladaq ki, vaxtilə həkim nəzarətində arıqlayan Yeşim 21 gündə 7 kiloqram çəki atmış və arıqlamağın yeganə yolunun “sağlam qidalanma” olduğunu demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.