banner
banner

Sosİal

Heydər Əliyev Mərkəzində seminar

Heydər Əliyev Mərkəzində seminar

Dekabrın 10-da Heydər Əliyev Mərkəzində keçmiş prezident Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı elmi-praktik seminar keçirilib.

Mərkəzdən “Qafqazinfo”ya verilən xəbərə görə, “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusundakı seminarda rəsmi şəxslər, Milli Məclisin deputatları, alimlər, ictimaiyyətin nümayəndələri, ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Seminarın açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında göstərdiyi xidmətlərdən danışıb. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxışında bildirib ki, Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edib. Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli intibah və inkişafının ideya təməli olan konsepsiyanı – azərbaycançılığı da nəzəri və təcrübi yönlərdə yüksək səviyyəyə qaldırıb.

Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova dünyanın məşhur siyasətçilərinin Heydər Əliyev haqqında söylədikləri kəlamları iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə digər çıxış edənlər Heydər Əliyev Mərkəzi tərəfindən reallaşan bu layihənin əhəmiyyətini qeyd ediblər.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov seminara başlayıb. Qeyd edilib ki, Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzi tərəfindən mütəmadi olaraq keçirilir. Layihə çərçivəsində tanınmış elm adamları Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, interaktiv müzakirələr aparılır. İctimaiyyət üçün açıq olan seminarlarda dinləyici qismində hər kəs iştirak edə bilər. Seminarların gələcəkdə regionlardakı Heydər Əliyev mərkəzləri ilə video bağlantılar formatında keçirilməsi də nəzərdə tutulub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.