banner
banner

Hərbİ

Sarkisyan hərbçiləri döydürdü

Sarkisyan hərbçiləri döydürdü

Dekabrın 10-da səhər saatlarında İrəvanda dörd maskalı şəxs Qarabağ müharibəsinin erməni veteranı, keçmiş səhra komandiri, “Veteranlar ittifaqı” təşkilatının idarə heyətinin üzvü Suren Sərkisyanı döyüblər.

“Azadlıq” radiosunun erməni xidmətinin yaydığı məlumata görə, Sərkisyan qapalı kəllə-beyin zədəsi alıb və “Erebuni” tibb mərkəzinə yerləşdirilib. Onun vəziyyəti stabildir.

Suren Sərkisyan jurnalistə açıqlamasında deyib ki, bu insident Qarabağ veteranlarını susmağa məcbur etməkdir.

“Lakin biz qorxmuruq və təslim olmaq fikrində deyilik” - Sərkisyan bildirib.

Bundan əvvəl erməni KİV-ləri digər Qarabağ veteranları - Xocalı soyqırımında iştirak edən “Arabo” batalyonunun komandiri Manvel Yeqizaryanın və “Aparan” batalyonunun komandiri Razmik Petrosyanın da döyüldüyünü xəbər verib.

“Veteranlar ittifaqı” bu hadisələrlə bağlı bəyanatında bildirib ki, baş verənlər Ermənistan hakimiyyətinin qanunsuzluqlarından danışan veteranların susdurulması cəhdidir və terrordur.

Suren Sərkisyan isə deyib ki, onu döyən maskalılar “sən toxmaslı Mqeri tanıyırsan ki, onun haqqında danışırsan?” deyə sual veriblər.

O, hesab edir ki, hücum edənlər deputat Mqer Sedrakyanın yox, prezident Serj Sərkisyanın rəhbərlik etdiyi bandanın üzvləridir.

Maskalılar Mqerin adını çəkməklə izi azdırmağa və Sureni özündən çıxarmağa çalışıblar.

Döyülməzdən əvvəl Sərkisyan hakim Respublika Partiyasının üzvü Mqer Sedrkyanın parlamentdəki çıxışı ilə bağlı bəyanat yaymağa hazırlaşırdı.

Mqer Sedrakyan Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı bunları deyib: “Erməni xalqı həmişə kiminsə əlinin altında olub, kimsə həmişə bizim başımızın üstündə dayanmalıdır. Bəyəm ruslarla yaxşı deyil? Əgər ruslarla bir olmasaydıq, bizi yeyərdilər. Əgər ruslar olmasaydı, biz Qarabağı necə əldə saxlayardıq? Bizim ordumuz bunu rusların köməyi ilə bacardı. İlk növbədə bizim uşaqlarımızın, xalqımızın təhlükəsizliyi məsələsi həll olunur”.

Qarabağ veteranlarının döyülməsi bu gün insan haqları günü ilə bağlı İrəvanda müxalifətin keçirdiyi mitinqdə də pislənilib. Çıxış edənlər bunu “hakimiyyətin aqoniyası” adlandırıblar//Virtualaz.org



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.