banner
banner

Gündəm

Bakı Atıcılıq Mərkəzində də toy etmək olar - Nazirdən açıqlama

Bakı Atıcılıq Mərkəzində də toy etmək olar -

“Təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait var.”

Cia.az anspress-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. "Burada ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam".

Dünya təcrübəsində də belə halların olduğunu deyən nazir əlavə edib ki, Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür".

Bir neçə gün öncə Bakı Olimpiya Stadionu da toy mərasimləri təşkil etməsi haqda anons yayıb.

Bakı Atıcılıq Mərkəzində də toy etmək olar -  Nazirdən açıqlama

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.