banner
banner

Sosİal

"Birgə əməkdaşlıq etməliyik" - Əflatun Amaşov

"Birgə əməkdaşlıq etməliyik"

"Azərbaycan və Türkiyə mediası üçün 2015-ci il daha əlamətdar olacaq.

Biz yalançı "erməni soyqırım"ını irəli sürənlərin yalanlarını birgə ifşa etməli, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq". Trend xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakıda "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, hazırda qloballaşan dünyada media sürətlə inkişaf edir. Son zamanlar Azərbaycanda aparılan müşahidələrə görə, ölkə əhalisinin yarısı xəbər portallarını özlərinin əsas informasiya mənbəyi hesab edir: "Hesablamalara görə, 2020-ci ildə bu rəqəm 85 faizə çatacaq. Bu, Türkiyədə də belədir. Türkiyə və Azərbaycan dünyanın ayrılmaz hissələridir. Bu keçidin mərhələ və formaları, yaranmış fəsadlar, onların aradan qaldırılması istiqamətində birgə əməkdaşlıq etməliyik".

Ə.Amaşov qeyd edib ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri məhz Azərbaycan və Türkiyə jurnalistləri arasında münasibətləri daha da möhkəmləndirməkdir.

MŞ-nin sədri bildirib ki, tədbirin keçirilməsinin digər məqsədlərindən biri türkdilli ölkələrin jurnalist təşkilatları arasında əlaqələri möhkəmləndirməkdir.

Qeyd edək ki, bu konfrans Türkiyə-Azərbaycan media əməkdaşlığı çərçivəsində həyata keçirilən 3-cü layihədir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.