Saxta “etibarsız” hərbi bileti almaqda günahlandırılan müğənni-aktyor Kutsinin 21 ildən 60 ilədək həbsi tələb edilir. Aralarında Kutsi də olmaqla, 30 nəfər rüşvət və rəsmi sənəddə saxtakarlıq cinayətində ittiham olunurlar. Müğənninin vəkili Sabahattin Gümanın iddiasına görə, 2006-2007-2009-cu illərdə ifaçıya verilən sənədlər onun ruhi sağlamlığının yerində olmaması haqda tərtib olunmuş həqiqi sənədlərdir. Hər üç sənəd həkimlərin tibbi rəyi ilə alınıb və 10 həkim tərəfindən imzalanıb. Kutsi məhkəməyə yazdığı şikayət ərizəsində saxta sənədləşdirmə iddiasının əsassız olduğunu yazıb: “Mənə qoyulan psixoloji və ruhi xəstəliklə bağlı diaqnoz hələ 14 yaşımda ikən “Stevens Johnson Sindromu” şəklində ortaya çıxıb. Bu xəstəlik nadir və ölümcül nəticələrə səbəb olan sindromdur. Saxta olduğu deyilən sənədlərdə 10 həkimin imzası var”.
Kutsi ilə yanaşı, digər 30 şəxsə saxta sənəd hazırlamaqda şübhəli bilinən həkim Haşmet İşıklının isə 302 ilədək həbsi istənilir. İddianamədə hərbi xidmətdən yayınmaq istəyən şübhəlilərin 20-30 min dollar qarşılığında saxta sənəd hazırladıqları yer alıb.
Qeyd edək ki, “Stevens Johnson Sindromu” dəridə dərmanlara və ya infeksiyalara qarşı ciddi reaksiya verən xəstəlikdir. Qripə bənzəyən əlamətlərlə başlayan bu xəstəlik zamanı dərinin üst qatının tökülməsi və qırmızı ləkələrin yaranması müşayiət olunur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.