banner
banner

Gündəm

Azərbaycanlı “KQB Tələt” türk generalının başına necə iş açdı?

Azərbaycanlı “KQB Tələt” türk generalının başına necə iş açdı?

Türkiyədə özünü “rus generalı” kimi təqdim edən Tələt Ənvəroviç Çətin ehtiyatda olan general-leytenant Naci Karakayanın başına iş açıb.

Oxu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “KQB Tələt”in adıkeçən şikayəti ilə əlaqədar generalın evi axtarılıb, kompüterlərinə həbs qoyulub.

Tələt Çətinin adı ilk dəfə 2012-ci ildə gündəmə gəlib. O, özünü Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) general-polkovniki kimi təqdim edərək Özbəkistanda həbs edilən 5 türk iş adamının ailəsindən 2 milyon dollar alaraq qeyb olub.

Əslən Azərbaycandan olan Tələt Ənvəroviç Çətinin adı bu dəfə “çirkli pulların yuyulması, tarixi əsərin qaçaqmalçılığı” araşdırması ilə gündəmə gəlib.

Ankara Təhlükəsizlik İdarəsinə 2015-ci ilin oktyabrında müraciət edən şəxs Rusiyadan Türkiyəyə pul keçirmək və tarixi əsərlərin qaçaqmalçılıq yolu ilə gətirmək istəyən Çetinin İstanbulda bəzi haker qrupları ilə görüşdüyünü, Türkiyədəki işlərin isə general Naci Karakaya tərəfindən idarə ediləcəyini bildirib.

Müraciət ilə əlaqədar polis sabiq general da daxil olmaqla üç nəfərin evində axtarış aparıb, kompüter, cib telefonlarına və bəzi şəxsi əşyalara həbs qoyulub.

Çetinlə tez-tez telefonda danışdığını etiraf edən general Karakaya, “Rusiyada tanış olduğum Çetin Rusiyanın DİN Təhlükəsizlik Akademiyasının rəis müavini və generaldır. Antalyada keçirilən G-20 zirvə toplantısına Putinin heyətində gəlmişdi” deyib.

Naci Karakaya

Ona qarşı sürülən ittihamları isə “cəfəngiyyat” adlandıraraq təkzib edib.

Tələt Ənvəroviç internetdəki şəxsi ünvanında “Rusiya Milli Təhlükəsizlik Xidmətində beynəlxalq münasibətlər üzrə rəis müavinidir. Beynəlxalq hüquq və iqtisadi təhsili var. Türk əsilli Rusiya vətəndaşıdır və Rusiyada yaşayır” yazılıb.

“Hüriyyet” Çətinin izini Rusiyada da araşdırıb. Məlum olub ki, Rusiyada Çətin heç bir rəsmi qurumda səlahiyyətli şəxs kimi göstərilmir.

Beynəlxalq Təhlükəsizlik Akademiyasının adı Ədliyyə Nazirliyində “QHT” kimi qeyd edilib. Çətinin Sovet təhlükəsizlik qüvvələrinin və kəşfiyyat xidmətinin geyimlərindəki fotolarının isə sadəcə obrazın yaradılması üçün istifadə edildiyi söylənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.