Narkotik ticarəti cinayətindən həbs olunan müğənni Dəniz Səkinin “Dənizin dibi” kitabı satışa çıxıb. İfaçı kitabında başına gələnlərin səbəbini “yanlış eşq və yanlış adam” kimi dəyərləndirib. Dəniz kitabında haqqında tutulma əmri verilməsindən, fərarilik etməsi və daha sonra polis tərəfindən ələ keçirilməsinədək hər bir hadisəni qeydə alıb. D.Səki onun tez-tez ziyarət edən sevgilisi Faruk Salmandan da yazıb: “Yarım yox, sən mənim hər şeyimsənmiş. İstəmədən xətrinə dəymişəm, özümü günahlandırıram” deyir. Çox pis oluram. Mən də “Az qaldı, pis günlər keçəcək. Səni çox sevirəm. Qovuşacağıq və heç vaxt ayrılmayacağıq” deyirəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.