banner
banner

Hərbİ

Ermənilərdən miskin etiraf

Ermənilərdən miskin etiraf

Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində üzüm istehsalı sovet illərinə baxanda 100 dəfəyə qədər azalıb.

ANS PRESS-in məlumatına görə, Xankəndidə yerləşən konyak zavodunun direktoru Ruslan İsraelyanın müsahibəsinə diqqət yetirdikdə bunu anlamaq olur. Onun sözlərinə görə, keçən il vilayətdə 2560 ton üzüm yığılıb. Direktor etiraf etmək istəməsə də, bu, Dağlıq Qarabağ üçün çox aşağı rəqəmdir. Sovet illərində Azərbaycanın bu müxtar vilayətində 18 min hektarda üzüm əkilirdi və 200 min tondan çox üzüm yığılırdı.

İsraelyan erməni mətbuatında bu gün dərc edilmiş müsahibəsində özü də bilmədən başqa bir gerçəyin üstünü açır. Onun sözlərinə görə, zavodun məhsulları əsasən konyak spirti kimi İrəvan konyak zavoduna verilir və çox az qismi hazır məhsul kimi butulkalara doldurularaq işğal zonasında satılır. Yəni Dağlıq Qarabağda adamların sayı o qədər azalıb ki, içki alan yoxdur.

Zavodda çox az adam işləyir, Ermənistanın "Hetq.am" saytının dərc etdiyi şəkillərdə 7-8 nəfər yaşlı qadın və daha az sayda yaşlı kişiləri görmək olur. Onların da maaşı çox aşağıdır. İsraelyanın dediyinə görə, zavodda ən yüksək maaş 50 min dram (təxminən 105 dollar) təşkil edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.