General: Zakir Həsənov nazir oğullarını da orduya çağırtdırır
Yəqin xatırlayırsınız, bir müddət əvvəl Amerikanın öz dəqiq və mötəbər hesabatları ilə seçilən Global Firepower təşkilatının reytinqində Azərbaycan ordusu dünya ölkələrinin ən güclü Silahlı Qüvvələri sırasında 50-ci yerə layiq görülmüşdü.
Cia.az xəbər verir ki, Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirovhaqqin.az-a müsahibəsində Silahlı Qüvvələrimizdəki bugünkü durum, aparılan hərbi islahatlar, eləcə də ordunun nüfuzunun artırılması üçün görülən işlərdən danışıb.
General öz müsahibəsində cəmiyyəti maraqlandıran olduqca mühüm bir məsələyə- imkanlı, vəzifəli şəxslərin övladlarının orduya çağırılmaması ilə bağlı məqama da aydınlıq gətirib.
Y.Aydəmirov bildirib ki, Zakir Həsənov nazir təyin olunandan sonra orduya nəinki hansısa məmurların, hətta nazirlərin oğulları da çağırılır:
“Ölkəni hamı qorumalıdır: həm varlılar, həm də kasıblar. Burada başqa variant ola bilməz. Əgər biz bu ölkənin havası ilə nəfəs alırıqsa, onun çörəyini yeyiriksə və əgər bizim əcdadlarımız burada dəfn olunubsa, onu son damla qanımıza qədər qorumaq hər birimizin borcudur”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.