banner
banner

Dünya

ABŞ-la Fransa arasında taksi qalmaqalı

ABŞ-la Fransa arasında taksi qalmaqalı
Parisin Apelyasiya məhkəməsində mobil inteqrasiyalı “Uber” taksi xidmətinin Fransa şöbəsinə qarşı məhkəmə prosesi start götürüb. 
ANS PRESS-in məlumatına görə, filialın rəhbəri Tibo Sampal və “Uber”in Qərbi Avropa bölməsinin rəhbəri Pyer Dimitri Qor-Koti lisenziyalı taksi sürücülərinin hüquqlarını pozmaqda ittiham olunur. Məhkəmə müdafiə tərəfinin apelyasiya şikayətini rədd edərsə, top-menecerləri 5 ilə qədər həbs cəzası və 300 min avro cərimə gözləyir. Şirkət özü isə taksi sürücülərinə dəymiş ziyana görə 1.5 milyon avro cərimə ödəyə bilər.
 
“Bizi “Uber”in pulları çox maraqlandırır. Hazırda bu şirkətin aktivləri “Ceneral Motors”la müqayisədə daha böyükdür. Bu insanlar bizim iqtisadiyyata və sosial sistemə dəstək olmaq üçün Fransaya daha çox pul ödəməlidir. Biz onların sürücülərinə qarşı deyilik, biz Fransa qanunlarını saymayan Amerika platformasına qarşıyıq”, – deyə Müstəqil Taksi sürücüləri Federasiyasının prezidenti Əhməd Senbel bildirib. 
 
Mobil inteqrasiyalı “Uber” şirkətinin Fransa filialı olan “UberPOP”da istənilən şəxs şirkətin sürücüsünə çevrilə bilər. Fransada lisenziya almaq üçün 50-250 min avroya yaxın ödəniş edən taksi sürücüləri bu xidmətin ədalətsiz rəqabət mühiti yaratdığını, ona görə də onlara dəymiş maddi-mənəvi ziyanın ödənilməsini tələb edirlər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.