banner
banner

Hərbİ

“Bu yay evlənəcəkdi, bəyəndiyi qız da var idi...” - Video

“Bu yay evlənəcəkdi, bəyəndiyi qız da var idi...” - Video

"Rahibi bu yay evləndirmək istəyirdik. Hətta qonşu kənddə gözaltı elədiyi qız da var idi".

Cia.az APA-ya istinadən bildirir ki, bunu ötən gün düşmən təxribatının qarşısını alarkən şəhid olan Tovuz rayonunun Bozalqanlı kənd sakini Rahib Quliyevin yeznəsi Vüqar Quliyev deyib.
Onun sözlərinə görə, qaynı Rahib ötən ilin sentyabr ayında məzuniyyətə gələrək, ailə qurmaq üçün hazırlıq işlərinə başlamışdı: "Biz də burda qalan adam kimi onun ev-eşiyini düzəldirdik. Təmir edirdik ki, Allahın köməyi ilə bu yay toy edəcəyik. Bir də ayın 20-də məzuniyyətə gəlməli idi. Biz də səbirsizliklə gözləyirdik ki, gələcək ev-eşiyinin qalanını da düzəltdirəcək. Çox qoçaq adam idi. Həyət-bacanı, hamısını özü səliqə-sahmana saldı ki, toy edəcəyik".

Məzahir Quliyev, əmisi: "Çox ağıllı uşaq idi. Əziyyət çəkdik, 9 il oxutduq. 10 ilə yaxın idi xidmət edirdi. Qisməti də bu idi. Allah bütün şəhidlərə rəhmət eləsin, qalanlara da cansağlığı versin".

Rahib Quliyev 1990-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Orta təhsilini kənd orta məktəbində alıb. 9-cu sinfi bitirdikdən sonra əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyə, daha sonra Ali Hərbi Məktəbə daxil olub. Təhsilini başa vurduqdan sonra isə xidmət üçün ön cəbhəyə gedib.

Şəhidin hüzn mərasimində onun xidmət etdiyi hərbi hissənin nümayəndələri də iştirak edib. Onlar Rahibin vətənini, xalqını sevən bir zabit olduğunu bildiriblər.

Qeyd edək ki, Rahib Nəriman oğlu Quliyev ailənin tək oğlan övladı idi. Üç il əvvəl atası xəstəlikdən dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.