banner
banner

Gündəm

SOCAR 6 min işçini nə edəcək

SOCAR 6 min işçini nə edəcək

SOCAR cari ildə 6 min müvəqqəti iş yeri üçün müsabiqə elan edib və bu işlərə cəlb olunanlar regionlarda çalışacaqlar.

“Qafqazinfo” Caspian Barrel-ə istinadən xəbər verir ki, işə götürülənlər əsasən “Azəriqaz” və “Qaz İxrac Kəmərləri” İstehsalat Birliklərində işlə təmin olunacaqlar. Ötən il SOCAR təbii qazın nəqli və paylanması sistemində 1 milyard kub metrdən çox itki ilə üzləşib (daxili bazar qiyməti ilə 100 milyon manatdan çox vəsait deməkdir). Bu itkilərin çox böyük hissəsi məhz regionların payına düşür. Buna görə də hazırda işə götürülən bu sahədə olan çatışmazlıqların aradan qaldırılmasında SOCAR-a öz töhfələrini verməlidirlər: nəqletmə zamanı vaxtında aşkarlanan sızma nə qədər texniki itkinin aradan qaldırılması deməkdir və ya evlərdə qeyri-qanuni xətlərə qoşulma SOCAR-a dəyən maddi ziyanın minimuma endirilməsinə gətrib çıxarmalı və sonrakı dövrlərdə istehlakçıların bu məsələdə davranışını dəyişməlidir.

Ona görə də SOCAR evlərdə texniki baxışların və yoxlamaların tezliyini 3 dəfəyədək artırmağı, sayğacların göstəriciləri əsasında alınan məlumatların təhlili və paylayıcı sistemlərdəki vəziyyət üzərindəki nəzarət sistemi mexanizmini daha da təkmilləşdirmək niyyətindədir. Bunun üçün isə əlavə işçi qüvvəsinə ehtiyac duyulur.

SOCAR-dan bildiriblər ki, ilin sonunda 2016-cı ildə aparılmış işlərə yekun vurulduğu zaman həmin 6 min müvəqqəti işə götürülmüş işçidən 1000-ə yaxını ilə Şirkət uzunmüddətli əmək müqaviləsi imzalamaq niyyətindədir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.