banner
banner

Sosİal

“Açıq qapı” xeyriyyə aksiyası: 40 nəfərdən çox əlil pulsuz tibbi müayinə olunub

“Açıq qapı” xeyriyyə aksiyası:

“Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin (ƏSTİB), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlamlıq marafonu" çərçivəsində növbəti "Açıq qapı" xeyriyyə aksiyası keçirilib. Aksiya çərçivəsində Bakıda fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzində imkansız və əlil olan Quba rayon sakinlərinin təmənnasız tam tibbi müayinəsi reallaşdırılıb.

İctimai Birliyin mətbuat xidmətindən bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən qurumun sədri Mirzə Məmmədvəliyev rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açıb, həyata keçirilən layihələrdən və gələcək planlardan bəhs edib. M.Məmmədvəliyev qeyd edib ki, Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin dəstəyi ilə indiyədək 1000-ə yaxın fiziki əngəlli insan müayinə edilib və onların müalicələrinin təşkili üçün müvafiq addımlar atılıb. M.Məmmədvəliyev Quba rayonunda fiziki əngəlli insanların cəmiyyətə inteqrasiyası, sosial rifah hallarının yaxşılaşdırılması, həmçinin ehtiyacı olan insanların arabalarla təchiz edilməsi istiqamətində səy göstərəcəklərini vurğulayıb.

İctimai birliyin sədri marafonun bundan sonra bütün bölgələr üzrə keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Ömər Abdullayev hər bir insanın əlillərə diqqət və qayğı göstərməsinin vacibliyindən danışıb. Ö.Abdullayev ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillərin də daim dövlətin qayğısı ilə əhatə olunduğunu və onların bütün problemlərinin həllinin həmişə diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.

Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin rəhbəri Aleksandr Şapiro-Suliman isə mərkəzin xeyriyyəçilik fəaliyyətindən danışıb və bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Mərkəz rəhbəri söyləyib ki, müxtəlif xəstəlikləri olan əlillərin yüksək səviyyədə müayinəsi həmin insanlarda həyata inam hissini artırır.

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev də çıxışında fiziki əngəlli insanlara göstərilən diqqət və qayğıdan, eləcə də bu sahədə həyata keçirilən xeyriyyə aksiyalarının əhəmiyyətindən söz açıb.

Sonra aksiyaya start verilib. Aksiya zamanı 40 nəfərdən çox əlil pulsuz olaraq tam tibbi müayinədən keçirilib.

Qeyd edək ki, ötən ilin iyul ayından start verilən “Sağlamlıq marafonu" çərçivəsində "Açıq qapı" xeyriyyə aksiyasında 1000-ə yaxın fiziki əngəlli insan müayinə edilib və onların müalicələrinin təşkili üçün müvafiq addımlar atılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.