Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi Yevlax şəhərində avtonəqliyyat vasitələrinin istismarı və yol hərəkəti qaydalarını, eləcə də qanundan irəli gələn digər tələbləri pozan sürücülərə qarşı reyd keçirib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkaqollu içki qəbul edib sükan arxasında əyləşən xeyli sayda sürücü müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Reyd zamanı DYP əməkdaşlarının göstərişlərinə əməl etməyən, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib asayiş keşikçilərinə tabe olmaq istəməyən sürücülərə də rast gəlinib. Yoxlanış zamanı bir neçə vəzifəli şəxs də polisin dayanmaq göstərişinə əməl etməyib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, reydlər bir neçə gün davam edəcək və sonda ictimaiyyətə bu barədə ətraflı açıqlama veriləcək.
Yol Polisinin həyata keçirdiyi reydləri ölkənin müxtəlif KİV nümayəndələri də izləyib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.