Heydər Əliyevin anım günü ilə bağlı Şəmkir Hərbi Birləşməsində tədbir keçirilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Heydər Əliyevin ordu quruculuğunda və Azərbaycan silahlı qüvvələrin güclənməsində gördüyü işlərdən söz açılıb. Həmçinin, Gəncə Zabitlər Evi Hərbi Qarnizonun təşkilatçılığı ilə, Gəncə Dövlət Dram teatrın aktyorlarının iştirakı ilə “Sən həmişə bizimləsən” adlı ədəbi bədii kompozisiya göstərildi. Respublikanın əməkdar artistləri Azərin və İlqar Muradov Heydər Əliyevin sevdiyi musiqiləri ifa ediblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.