NBO kanalı “Ceki” (“Jackie”) filmindən yeni kadrları yayıb. Ekran işi ABŞ-ın keçmiş birinci xanımı Jaklin Kennedinin həyatı haqdadır. Birinci xanımın obrazını isə Hollivud ulduzu Natali Portman canlandırıb. Aktrisanın tərəf müqabilləri Piter Sarsqaard, Qreta Qerviq, Maks Kazella və Bet Qrantdır.
Qeyd edək ki, çoxları Natali Portmanın Jaklin Kennediyə bənzəmədiyini və bu rol üçün uğursuz seçim olduğunu düşünürlər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.