“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi arasında 2014-cü il üçün əməkdaşlıq Planı”na əsasən Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub.
CİA.Az nazirliyin saytına istinadən xəbər verir ki, keçirilən tədbir zamanı qonaqlara liseyin tədris və maddi-texniki bazası haqqında ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.