banner
banner

Hərbİ

“Münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq” - Ceyms Appaturay

“Münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq”

“Əfqanıstanda sülhyaratma əməliyyatları başa çatdıqdan sonra da Azərbaycan NATO üçün strateji əhəmiyyətə malik ölkə olaraq qalacaq”. APA-nın məlumatına görə, bunu NATO baş katibinin müavini və Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay (James Appathurai) deyib.

NATO-nun enerji təhlükəsizliyi siyasəti, kiber təhlükəsizliklə bağlı spesifik layihələrinin olduğunu bildirən C. Appaturay Azərbaycan hakimiyyətinin NATO-nun Əfqanıstanda həyata keçirəcəyi yeni əməliyyatlarla bağlı lazımi sənədləri tez bir zamanda imzaladığını xüsusi vurğulayıb. O, Azərbaycanın İSAF əməliyyatlarına verdiyi töhfələrin NATO tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb: “NATO Azərbaycanla müdafiə təhsili, enerji təhlükəsizliyinin təmin olunması, kiber təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahələrində birgə işləyəcək. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə birlikdə torpaqların minalardan təmizlənməsi, əhalinin burada təhlükəsiz yerləşdirilməsi istiqamətində birgə çalışırıq. Biz Azərbaycan xalqı üçün yaxşı işlər görməkdən məmnunluq duyuruq. Biz əməkdaşlığımızı strateji tərəfdaşlığa qaldıra bilərik. İnsan hüquqları və idarəetmə sahəsində dialoqların aparılması alyans üçün olduqca əhəmiyyətlidir”.

Təhlükəsizlik məsələləri, İPAP platforması çərçivəsində uğurlu əməkdaşlığın davam etdiyini söyləyən C. Appaturay QHT, fövqəladə təhlükəsizlik çağırışları istiqamətlərində də əlaqələrin inkişafına diqqət yetiriləcəyini bildirib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan xüsusi nümayəndə qeyd edib ki, NATO-nun problemin həllində rolu olmasa da, alyans ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli ilə bağlı səylərini dəstəkləyir: “Alyans rəsmi şəkildə Uels sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. Təbii ki, biz münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü, tərəflərin maraqlarına uyğun həllinin tərəfdarıyıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.