banner
banner

Dünya

Cənubi Sudanda BMT düşərgəsinə hücum nəticəsində 18 nəfər ölüb

Cənubi Sudanda BMT düşərgəsinə hücum nəticəsində 18 nəfər ölüb
Cənubi Sudanda BMT-nin mülki əhalinin müdafiəsi üzrə düşərgəsinə hücum zamanı 18 nəfər ölüb, daha 36 nəfər yaralanıb. Öldürülənlər arasında "Sərhədsiz həkimlər"in iki əməkdaşı da var.
"Report" xəbər verir ki, bu barədə humanitar təşkilatın saytı məlumat yayıb.
Zərərçəkənlərin ən azı 25 nəfərində güllə yarası aşkar olunub. Malakal düşərgəsində 40 minə yaxın insan var. Onların əksəriyyəti hər hansı bir yardımın olmadığı rayonlardan bura gəliblər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.