Türkiyəli aktrisa Deniz Çakır sosial şəbəkədə ünvanına yazılan təhqirlərə sərt cavab verib. Aktrisa eyni zamanda "Eşkiya dünyaya hükümdar olmaz" serialındakı tərəf müqabili Oqtay Kaynarca ilə sevgili olmaları xəbərlərinə də münasibət bildirib: "Kimisə müzakirə etmək ölkəmizdə ən ucuz, ən kifayətsiz vasitə olub. Müzakirə əslində insanı dəyişdirər, yeni qapılar açar. Çox təəssüflər olsun ki, bizdə hamı oturduğu yerdən, əsasəndə sosial mediadan əslini bilmədiyi bir şeyi müzakirə edir. Bunu çox kobud və əsassız hesab edirəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.