banner
banner

Hərbİ

"Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır"

"Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır"
Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır. "Report" xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) bü gün açıqladığı dünya silah ticarəti barədə növbəti hesabatında məlumat verilir.
Hesabatda qeyd olunur ki, 2011-2015-ci illərdə Avropaya silah idxalı əvvəlki 5 illiklə (2006-2010) müqayisədə 41% azalıb ki, bu da əsasən Yunanıstan və İspaniyada baş verən iqtisadi proseslərlə bağlı olub.
Bununla belə, Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı olaraq qalır. Əvvəlki 5 illiklə müqayisədə 2011-2015-ci illərdə Azərbaycanın silah tədarükü 217% artıb.
"Avropanın ən böyük ikinci silah idxalçısı isə əvvəl olduğu kimi Böyük Britaniyadır. Ən böyük silah ixracatçılarına gəlincə, burada ABŞ və Rusiya liderliyini qoruyur", —deyə hesabatda bildirilir.
2004-cü ildən etibarən silah ticarətinin həcmi daim artıb və 2011-2015-ci illərdə ötən beş illik müddətlə müqayisədə 14%-lik artım müşahidə edilib. 2011-2015-ci illərdə ən böyük ixracatçı ölkələr ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Bu ölkələrin ümumi silah satışındakı payı 74% təşkil edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.